De-Moyn
De-Moyn(ing. Des Moines) — ABŞ-ın Ayova ştatının inzibati mərkəzi və ən iri şəhəridir.Şəhər De-Moyn çayı sahilində, Rakkun çayının ona töküldüyü yerdədir.
== Tarixi ==
1843-cü ildə hərbi post kimi əsası qoyulmuşdur. Adı çayın adından götürülmüşdür. 1851-ci ildən şəhərdir. 1857-ci ildən Ayova ştatının inzibati mərkəzidir.
== Şəhər memarlığı ==
Şəhərin işgüzar mərkəzinin simasını göy dələnlər, o cümlədən “Ruan center”in 36 mərtəbəli binası (1974), 30 mərtəbəli“Mariott” hoteli (1981), “Principal Financial Group” şirkətinin mənzil-qərargahının 44 mərtəbəli binası (1990) müəyyən edir. Şəhərin işgüzar mərkəzinin ofis binalarını birləşdirən yerüstü keçidlərin ümumi uzunluğu 5 km-dən çoxdur.Tamaşa
müəssisələri mərkəzinin kompleksinə 4 konsert-idman zalı (1955,1985, 2004 və 2005), kütləvi kitabxananın yeni binası (2006, memar D. Çipperfild) daxildir.Ayova ştatının Kapitoli binası (1871–1896)memarlıq abidələrindəndir.
== Təhsil və Mədəniyyət ==
Şəhər universitetləri:De-Moyn (1898-ci ildə kollec kimi yaradılmış, 1980-ci ildən universitet statusu alıb),Dreyk (1881), Yuxarı Ayova (1857), Uil -yam Pen (1873-ci ildə kollec kimi yaradılmış, 2000 ildən universitet statusu alıb); Qrand-Vyu kolleci (1896). Botanika Mərkəzi (1979),De-Moyn İncəsənət Mərkəzi (1945),De-Moyn fortu muzeyi (2004), Ayova ştatı elmin populyarlaşdırılması mərkəzi kompleksi (IMAX teatrı ilə, 2005;əsası NASA tərəfindən qoyulmuşdur).“KRNT Theatre”, Ayova rəqs teatrı.Hər il Ayova ştatı yarmarkası (1854 il -dən) və İncəsənət festivalı keçirilir.